Ukrayna Silahlı Qüvvələri mayın 7-də səhər saat 6-dan etibarən Rusiya ərazisinə kütləvi zərbələr endirməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, 50-dən çox pilotsuz təyyarə və onlarla uzaqmənzilli raketin hücumu gözlənilir.
Əvvəlcə hava hücumundan müdafiə resurslarından istifadə etmək üçün pilotsuz təyyarələri işə salmağı, sonra isə əvvəlcədən razılaşdırılmış hədəfi vurmağı planlaşdırırlar.
Qeyd olunur ki, bu, Ukraynadan mümkün ilk belə güclü hücumdur.
Xuraman Etibarlı
İnterpress.az