Ukraynada “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı var.
İnterpress.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
Onun sözlərinə görə, Ukrayna bu gün Qərb silahlarının tədarükündən asılıdır: “Avropa, ABŞ və digər ölkələrdə hərbi istehsal sürətlənir, lakin hələ də müəyyən silah çatışmazlığı var. Raket çatışmazlığını kimsə gizlətmir. Qərb mətbuatında da bu cür xəbərlər dərc olunur”.
Qeyd edək ki, daha əvvəl “The New York Times” nəşri Ağ Ev və ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə əsasən ABŞ-nin Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərlə təmin edə bilməyəcəyini yazmışdı. Buna səbəb kimi ABŞ-dəki maliyyə çatışmazlığı göstərilmişdi.