Zakarpatiyadan olan qaynaqçı təmir işləri zamanı körpüdə tunel düzəltdikdən sonra Avropaya qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Vitali Qlaqola məlumat verib. Bildirilir ki, Zakarpatiyada qaynaqçı təmir işləri zamanı körpüdə deşik açaraq xaricə qaçıb.
“Sentyabr ayında Tisa keçid məntəqəsində təmirçilərdən biri tədricən körpünün metal konstruksiyasının hissələrini kəsərək tunel düzəldib və sonda Macarıstana qaçıb”, – jurnalist bildirib.
Xuraman Etibarlı
İnterpress.az