Ukraynalı milyarderin həyat yoldaşını şikəst edən qadın AXTARILIR: İnterpoldan QƏRAR – FOTObackend

Ukraynalı milyarderin həyat yoldaşını şikəst edən qadın AXTARILIR: İnterpoldan QƏRAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monakoda ukraynalı oliqarx Yermolayevə sui-qəsddə şübhəli bilinən qadın barəsində İnterpol tərəfindən beynəlxalq axtarış elan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Monako knyazlığında ukraynalı milyonçu Vadim Yermolayevə qarşı törədilmiş ağır partlayış hadisəsi üzrə əsas şübhəli şəxs müəyyənləşdirilib.

İnterpol onun həmvətəni, 39 yaşlı Ukrayna vətəndaşı Anastasiya Berezovskayanı beynəlxalq axtarışa verib.

Almaniyanın Frankfurt şəhərində yaşayan Berezovskayanı evində saxlamaq mümkün olmayıb, o, qaçmağa nail olub.

İstintaq müəyyən edib ki, Anastasiya milyonçunun binasının qarşısına partlayıcı çantanı qoyduqdan sonra Almaniya qeydiyyatında olan icarəyə götürülmüş avtomobillə dərhal İtaliya istiqamətinə qaçıb.

Beynəlxalq mediada yer alan iddialara görə, bu sui-qəsd Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən təşkil edilmiş ola bilər.

Hücumun Yermolayevin Dneprdəki çağrı mərkəzləri və onun Ukraynadakı biznesini milliləşdirmək istəyən dövlət orqanlarına müqavimət göstərməsi ilə bağlı olduğu ehtimal edilir.

Partlayış zamanı biznesmenlə birlikdə binadan çıxan onun həyat yoldaşı, 46 yaşlı Anna Nasobinanın hər iki ayağı ağır qəlpə yaraları səbəbindən həkimlər tərəfindən amputasiya edilib.

Onların 13 yaşlı oğlu Ariel isə yüngül xəsarətlərlə xilas olub. Faktla bağlı beynəlxalq səviyyədə istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az