Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə dövlət qurumlarının rəsmiləri onun xatirəsini məzarı başında anıblar.
İnterpress.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Şahmar Mövsümov, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev, Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət edənlər sırasındadırlar.