UNICEF oktyabrın 7-dən Qəzza zolağında 20 min uşaq doğulduğunu bildiribbackend

UNICEF oktyabrın 7-dən Qəzza zolağında 20 min uşaq doğulduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Uşaq Fondu (UNİCEF) oktyabrın 7-dən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında 20 min uşağın doğulduğunu bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

UNICEF-in kommunikasiya üzrə mütəxəssisi Tess İnqram BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr aparıb.

“Qəzza zolağında bu gərginliyin artdığı 105 gündə təxminən 20 min körpə müharibə şəraitində dünyaya gəldi. Bu, bu dəhşətli müharibənin ortasında hər 10 dəqiqədə təxminən bir körpə doğulması deməkdir”, o bildirib.

Qəzza zolağında hamilə qadınların və yeni doğulmuş uşaqların vəziyyətinin “inanılmaz” olduğunu vurğulayan İnqram onlar üçün təcili və intensiv hərəkətə ehtiyac olduğunu söyləyib.

“Hamilə və süd verən analar və onların körpələri qeyri-insani şəraitdə və müvəqqəti sığınacaqlarda yaşayırlar. Bu insanlar pis qidalanır və təmiz suya çıxışı yoxdur. Bu, iki yaşından aşağı təxminən 135 min uşağı qida çatışmazlığı riski ilə üz-üzə qoyur”, – İnqram deyib.