ÜST-dən “Delta” və “Omikron” ştammlarının “sunami”si barədə XƏBƏRDARLIQbackend

ÜST-dən “Delta” və “Omikron” ştammlarının “sunami”si barədə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ictimaiyyəti “Delta” və “Omikron” ştammları da daxil olmaqla, koronavirus infeksiyalarının “sunami”si ilə üz-üzədir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove deyib.

O, dünya başçılarını gözləməyə yox, artıq 2022-ci ildə COVID-19 pandemiyasına son qoymaq üçün dərhal hərəkətə keçməyə çağırıb.

ÜST nümayəndəsi həmçinin COVID-19-un “Omikron” ştammına görə dünyada xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayının artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bu, artıq Böyük Britaniyada müşahidə olunur. Orada “Omikron” ştammına yeni yoluxma hallarının sayı rəsmi statistikadan yüz dəfə çox olub və gündə 200 minə çatıb.