ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçiribbackend

ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyinə yoluxmaların artmasından narahatlığını ifadə edib.

Qurumun Fövqəladə hallar komitəsinin iclasında Qebreyesus mütəxəssislərin məsələ ilə bağlı rəylərini soruşub.

“Xəstəliyin yayılmasının yaxın və uzaq müddətdə ictimai səhiyyəyə təsirini qiymətləndirmək üçün sizin tövsiyələrinizə ehtiyacım var” – deyə Qebreyesus qeyd edib.

Komitənin iclası 6 saatdan çox davam etsə də, qəbul edilmiş qərarlar ictimaiyyətə açıqlanmayıb.

Son statistikaya görə, dünyanın 71 ölkəsində 15 300 nəfər meymunçiçəyinə yoluxub.