Jurnalistlər yaşam müddətini istehlak edilən şəkərin miqdarı, D vitamini və resveratrol adlı antioksidant ilə bağlayıblar.
Britaniyanın “Daily Express” qəzeti sağlam və uzun ömürü təmin edən üç başlıca element barədə yazı hazırlayıb.
Mətbuat nümayəndələri hesab edirlər ki, hər zaman gümrah qalmaq istəyənlər qəbul etdikləri şəkərin həcmini minimuma endirməlidirlər.
Xüsusən də payız və qış aylarında əlavə D vitaminilə orqanizmi zənginləşdirməli, həmçinin qırmızı şərab kimi bir sıra qida məhsullarında olan resveratrol maddəsinin qəbuluna böyük önəm verməlidirlər.