Vaşinqtonda binada partlayış olubbackend

Vaşinqtonda binada partlayış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqtonda təbii qaz sızmasından sonra binada partlayış baş verib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Dünən Vaşinqtonda baş verən hadisədə yanğınsöndürmə briqadası bir binada qaz sızmasına müdaxilə edərək, binanı və ona bitişik binaları təxliyə edib.

Təxliyədən təxminən 15 dəqiqə sonra binada partlayış baş verib.

Yanğın söndürülüb.

Yerli media partlayış nəticəsində ətrafdakı binaların zədələndiyini, partlayış zamanı dağıntı parçasının dəyməsi nəticəsində bir nəfərin yüngül xəsarət aldığını bildirib.

Yanğınsöndürmə rəisi Rayan Bolton bildirib ki, onlar ilk gəldikləri zaman qaz sızması o qədər güclü olub ki, hətta binanın kənarından belə iyi hiss olunurdu.