Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi – Fotolarbackend

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Suraxanı rayonundakı Dədə Qorqud şəhidliyində Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Niyamin Xaliq oğlu Niftəlizadənin və İkinci Fəxri xiyabanda Vətən müharibəsinə könüllü olaraq qatılan, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Nurəhməd Hacıbəy oğlu Ulubəyovun məzarlarını ziyarət ediblər.

mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin olduğunu bildirib.

R.Quluyev tədbirdə iştirak edən şəhid Nurəhməd Ulubəyovun briqada komandiri olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyevin timsalında bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı arzulayıb.

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı üçün and yerinə çevrilmiş məkanları ziyarət edirik: “ Şəhidlərimiz haqqında hər birimiz ürəkdolusu danışa bilərik. Onlar Azərbaycanın məğlubiyyət tarixini qələbələr, qəhrəmanlıq tarixi ilə əvəz etdilər. Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin bir ili tamam olur. Artıq biz ərazilərimizin işğaldan azad edildikləri tarixləri qeyd edirik”.

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev vurğulayıb ki, şəhidlərimizin qanı yerdə qalmadı: “Digər döyüşçü yoldaşlarımız onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Nurəhməd qardaşımız da ilk gündən bizimlə bir yerdə çiyin-çiyinə döyüşüb. Onun göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi bizi Qələbəyə daha da yaxınlaşdırdı. Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm”.

Anım mərasimlərində şəhidlərin valideynləri Xaliq Niftəlizadə və Hacıbəy Ulubəyov göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, məzarları üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi - Fotolar
Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi - Fotolar
Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi - Fotolar
Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi - Fotolar
Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi - Fotolar