“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti və Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar.
İmzalama mərasimi Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbiri çərçivəsində baş tutub.
Razılaşmanı “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov imzalayıblar.