“Vladimir Jirinovski” Xəzər dənizi ilə səyahətə ÇIXACAQ – FOTObackend

“Vladimir Jirinovski” Xəzər dənizi ilə səyahətə ÇIXACAQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə “Vladimir Jirinovski” kruiz gəmisi Volqa və Xəzər dənizi ilə səyahətlərə başlayacaq.

İnterpress.az xəbər verir ki, TASS bu barədə Dumanın turizm komitəsinin üzvü Aleksey Volotskova istinadən xəbər verir.

Həştərxan Lotos zavodunda inşa edilən dörd göyərtəli gəmi 2024-cü ildə istifadəyə veriləcək.

2025-ci ildə laynerin beş Xəzəryanı dövləti vahid beynəlxalq marşrutda birləşdirərək Volqa və Xəzər dənizi boyunca kruizlərdə tam istifadə ediləcəyi gözlənilir.

Beynəlxalq marşrut Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı birləşdirəcək.

Gəmi geniş çeşidli şəraitə malik üzən otel kimi dizayn edilib: eyvanlar, üzgüçülük hovuzu, müşahidə zalı və günəş göyərtələri. Laynerin tutumu 310 turist və 90 ekipaj üzvüdür.

2023-cü ilin avqustunda Vladimir Jirinovski layneri dəniz sınaqlarına yola düşüb.

Xuraman Etibarlı

İnterpress.az