Wall Street Journal qəzeti İsrailin hərbi hərəkətliliyi asanlaşdırmaq üçün Qəzzanı şimal və cənuba ayıran yol çəkdiyini iddia edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
“The Wall Street Journal” (WSJ) qəzetinin İsrail ordusunun rəsmilərinə əsaslanan xəbərində qeyd olunub ki, İsraildə tikilməkdə olan təxminən 8 kilometr uzunluğunda çınqıllı yolun İsrail sərhədindən Aralıq dənizi sahillərinə qədər uzandığı və iki yerə bölündüyü qeyd olunub.
WSJ-nin əldə etdiyi peyk görüntülərinə görə, Qəzza şəhərini şərq-qərb oxunda kəsən köhnə yolun şimalına doğru tikilməkdə olan yeni yol tarlalardan və az məskunlaşan yaşayış məntəqələrindən keçir.
Fevralın 17-də İsrailin Kanal 14 televiziyasında yayımlanan görüntülər sübut kimi göstərilib və İsrail mühəndislərinin hazırladıqları marşrutdakı tikililəri sökməyi planlaşdırdıqları və hərbi dəhlizin genişləndirilməsi üçün yola çınqıl tökməyə başladığı bildirilib.
Xəbərdə sözügedən yolun İsrail ordusunun bölgədəki hərəkətliliyini “təhlükəsiz” şəkildə artırmağı hədəflədiyi halda, Qəzzadakı əməliyyatları bitənə qədər yolun İsrailin nəzarətinə və istifadəsinə tabe olacağı bildirilib.