Tramp İranla müharibəni Hörmüz boğazını açmadan bitirməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İranla müharibəni Hörmüz boğazını açmadan başa çatdırmağa hazırlaşır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, son günlər Tramp və onun köməkçiləri belə bir qənaətə gəliblər ki, boğazı açmağa çalışmaq münaqişəni daha da uzadacaq.
Məlumata əsasən, Tramp Avropadakı müttəfiqlərindən və Fars körfəzi ölkələrindən Hörmüz boğazının açılması təşəbbüsünü öz üzərlərinə götürmələrini tələb etmək niyyətindədir.
Xuraman Etibarlı
İnterpress.az






