Xaçmazda avtomobil aşıb: xəsarət alanlar varbackend

Xaçmazda avtomobil aşıb: xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az məlumatına görə, hadisə axşam saatlarında Nağıoba kəndindən qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Laçınov Seyfulla Tərlan oğlu və Tarıverdiyev Davud İlham oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.