Xaçmazda avtomobil FHN əməkdaşını vurubbackend

Xaçmazda avtomobil FHN əməkdaşını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda yol qəzası baş verib.

Hadisə Xaçmaz – Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21014” markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.