Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah və sursat tapılıb.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkar edilib.
Həmçinin, Xocalı şəhəri ərazisində 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper silahı, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb.