Xəlil Nuri: “Rusiya Qarabağda erməniləri mitinqə çıxarmaqla provakasiyalar etməyə çalışır”backend

Xəlil Nuri: “Rusiya Qarabağda erməniləri mitinqə çıxarmaqla provakasiyalar etməyə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalmağa hazırlaşır, narahat olan isə Rusiyadır, Putindir, İrandır”.

İnterpress.az xəbər verir ki, bu barədə İctimai fəal, təhlilçi Xəlil Nuri qeyd edib. Onun sözlərinə görə, Rusiya Ukraynada sərt divarla qarşılaşdığı üçün, Qarabağ məsləsində 2020-ci ilin sentyabr-oktyabr aylarındakı kimi qoçuluq edə bilmir: “Hazırda Rusiyanın gücü Qarabağda yaşayan erməniləri mitinqə çığarmağa çatır. Daha böyük provakasiyalar etməyə çalışacağına əminəm. Putin hələ ki, Paşinyanı sıxışdırmağa çalışır. İndi anlayırsınızmı ki, 30 ildir Azərbaycan torpağını işğal etdirən, işğal altından saxlayan kimdir? Gürcüstan torpaqlarını işğal edən, işğalda saxlayan kimdir? Bu səbəbdən 30 ildir eyni sözü deyirik: hər hansı savaşda Rusiyanın tərəfini saxlayan, onun güclənməsini istəyən bilərək və ya bilməyərək vətən xaini kimi davranır. Keçmiş SSRİ dövlətlərinin azad və firəvan yaşamasının tək yolu Rusiyanın zəifləməsi hətta dağılmasından asılıdır”, – deyə X. Nuri qeyd edib.