XİN nümayəndəsi: Çin şirkətlərinin azad edilmiş ərazilərdə iştirakı iqtisadi əməkdaşlığa təkan verəcəkbackend

XİN nümayəndəsi: Çin şirkətlərinin azad edilmiş ərazilərdə iştirakı iqtisadi əməkdaşlığa təkan verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə iştirakı iqtisadi əməkdaşlığa daha da təkan verəcək.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Ramil Rzayev “Azərbaycan-Çin Münasibətlərinin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda keçirilən tədbirin “Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr” panelində çıxışı zamanı deyib.

O qeyd edib ki, Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək və Çin ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq uğurla davam edir:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin Çinə səfəri nəticəsində 200-dən çox nümayəndə heyətinin COP29 tədbirində iştirakı artıq təsdiqlənib. Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlığın inkişafı digər sahələrdə də münasibətlərimizə ciddi təkan verir. Siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Bu il bizim münasibətlərimizin inkişafının yeni fazasıdır”.