Xırdalanda əri tərəfindən pəncərədən atılan qadın öldübackend

Xırdalanda əri tərəfindən pəncərədən atılan qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanda çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb.

İnterpress.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzildən yerə atıldığı müəyyən edilib.

H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.