Xoşqədəmdən sərt sözlər: “Şərəfini itirmişlər…“backend

Xoşqədəmdən sərt sözlər: “Şərəfini itirmişlər…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mətbuatın gündəmini növbəti ailə faciəsi zəbt edib.

Avqustun 30-da AytənNiftəliyeva övladı Tahirə ilə birlikdə əri Rəhman Niftəliyevin zorakılığa məruz qalıb.

Nəticədə 1 yaş yarımlıq körpə anası ilə birgə ailəyə məxsus olan üçmərtəbəli şəxsi binanın sonuncu mərtəbəsindən yerə yıxılıb.

Hadisə nəticəsində körpə yerindəcə vəfat edib.

Anası Aytən Niftəliyeva isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı da məsələyə səssiz qalmayıb.

O, son vaxtlar artan qadın ölümlərinə etiraz edib:

“Bu aralar sosial  şəbəkələrə çox az vaxt sərf edirəm. Dünən axşam bu xəbəri oxudum və sabaha qədər gözümə yuxu getmədi. Bir anlıq evdə döyülən, qayınana, ər, daha nə bilim kimlər tərəfindən işgəncələrə məruz qalan onlarla qadının mənə gizli müraciətlərini, onların göz yaşı ilə yazılmış dərdlərini xatırladım. Görəsən, onlardan neçəsi bu bəxtsiz bacımız kimi həyatını itirib? Yetmədimi bu qədər qadının, uşağın ölümü? Nədir qadınların günahı?”

Aparıcı qadınlara qarşı zorakılıq edənlərə ömürlük həbs cəzası verilməli olduğunu qeyd edib:

“Bir etiraf da edəcəyəm: bu təzyiq, işgəncə təkcə ailə daxilində deyil, cəmiyyətimizdə də qadına qarşı nifrət püskürən, qadını linç etməyə çalışan şərəfini itirmişlər var. Məncə, qadınlara qarşı bu iyrəncliklərə son qoyulmalıdır. Ən ağır cəzalar tətbiq edilməlidir. Qadını intihara, ölürə sürükləyəm insanlara ömürlük həbs belə azdır!”