Yapon döyüş təyyarələrinin Şərqi Çin dənizindəki mübahisəli sular üzərində 3 Çin təyyarəsinə qarşı müdaxilə uçuşu etdiyi bildirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya döyüş təyyarələri Çinin iki bombardmançı təyyarəsi və bir müşahidə təyyarəsinə qarşı havaya qalxıb.
Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) dərc etdiyi xəritədə Çinin nüvə silahı daşıya bilən H6 və Y9 tipli təyyarələrinin mübahisəli sular üzərindəki kursu göstərilib.
Yapon döyüş təyyarələri Miyako boğazı ilə Okinava arasında üzən və Qərbi Sakit okeana doğru uçuşlar həyata keçirən üç Çin təyyarəsinə qarşı müdaxilə uçuşu həyata keçirib:
“Y-9 kəşfiyyat təyyarəsi və H-6 bombardmançı təyyarələri Sakit Okean üzərində olarkən, bu hava məkanında Çin pilotsuz uçuş aparatının da uçduğu təxmin edilir” .