Yaponiya “Rosselxozbank”a və Moskva Kredit Bankına sanksiya tətbiq edibbackend

Yaponiya “Rosselxozbank”a və Moskva Kredit Bankına sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiyanın 2, Belarusun 1 bankını sanksiyalar siyahısına daxil edib.

“İnterpress” İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlanmış siyahıya əsasən, söhbət Rusiyanın “Rosselxozbank” və Moskva Kredit Bankı, həmçinin Belarusun Belarus İnkişaf və Yenidənqurma Bankından (Belinvestbank) gedir.

Sözügedən bankların aktivlərinin dondurulduğu bildirilir.

Xatırladaq ki, aprel ayında Yaponiya Rusiyanın “Alfa-bank” və “Sberbank” banklarına qarşı sanksiyalar tətbiq etmişdi.