Yaponiyada avqustun 28-də səhər saatlarında “Şanşan” qasırğasının Okinava prefekturasının adalarına yaxınlaşacağı, axşam saatlarında isə cənub-qərbdəki Kyuşu adasına doğru irəliləyəcəyi ilə əlaqədar 230-dan çox aviareys təxirə salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Japan Airlines” şirkətinin avqustun 28-nə 82, növbəti günə isə 60 daxili reysi ləğv edilib, eləcə də beynəlxalq istiqamətlərdə altı uçuş təxirə salınıb. “All Nippon Airways” (ANA) şirkətinin avqustun 28-dən 30-na qədər 80 uçuşu, “Skymark”, “Solaseed Air” və “Peach Aviation” loukosterlərinin isə 9 aviareysi ləğv olunacaq”, – məlumatda bildirilib.