Yaponiyada güclü zəlzələdən sonra ticarət mərkəzində partlayış baş verib.
İnterpress.аz xəbər verir ki, bu barədə Yaponiya KİV məlumat yayıb.
Yaponiyada qeydə alınan güclü zəlzələdən dərhal sonra ticarət mərkəzlərindən birində kəskin partlayış baş verib.
Hadisə yerindən, xüsusilə helikopter vasitəsilə çəkilən son görüntülərdə ticarət binasının divarının qismən uçduğu, dam örtüyünün zədələndiyi və metal karkasının ciddi şəkildə dağıldığı əks olunub.
Məlumata görə, partlayışın güclü yeraltı təkanlar nəticəsində hədəfə dəyən kommunikasiya xətlərindəki qəza və ya qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisə yerinə dərhal xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Dağıntılar altında qalanların olub-olmaması barədə rəsmi orqanlar tərəfindən hələlik dəqiq məlumat təqdim edilməyib, araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






