Keçən gün Vəfa Nağı haqqında yazı yazdıqdan sonra Vəfanın dəstəkçiləri, ailə üzvləri tərəfindən total hücuma məruz qaldım. Səbəb çox aydın idi: Vəfanın iç üzünü açıb tökmüşdüm. Vəfa Nağının görünməyə çalışdığı kimi deyil, əslində kim olduğunu ortaya qoymuşdum. Bu da saman altdan su yeritməyə çalışan, özünü Neftçalada məsum, cana yaxın və məsuliyyətli, etibarlı göstərməyə çalışan Vəfanın maskasının altında gizlənən əsl üzünü göstərməyim o cəbhənin seçki planlarını alt üst etmişdi.
Mən isə sadəcə “vəfa borcumu” yerinə yetirirdim. Neftçalaya olan “vəfa borcumu”…
Birilərinin müharibə vaxtı onları dəstəkləyən, onların ölümlərinə üzülən şəxsə “vəfa borcu” varsa, bizim də doğma Neftçalamıza “vəfa borcumuz” var. Bu borcu ödəmək üçün yola çıxaraq ermənipərəst Vəfa Nağının daha bir erməni dəstəkçisinin “masadan qalxmasını” qısaca şərh etmək istəyirəm.
Bəhruz Səmədov Vəfa Nağının seçkilərdə müşahidəçisi olacaqdı. O, bir neçə günlük universitetdəki işlərini yoluna qoymaq üçün ölkədən çıxarkən saxlanıldı. Beləliklə, Ermənistan ölkəmizdəki daha bir dayağını itirdi, Vəfa Nağı isə müşahidəçisini…
Aldığım məlumata görə, vətənə xəyanətdə ittiham olunan Bəhruz Səmədov universitetdəki işlərini yoluna qoyub Bakıya, seçkidə Vəfanın müşahidəçisi olmaq üçün gələcəkdi. Həbsindən sonra nənəsi verdiyi müsahibədə Bəhruzun onun pensiyası ilə dolandığını deyirdi. Bəs Bəhruz hansı vəsaitlə xaricdə təhsil haqqını və yaşam xərclərini ödəyir? Hansı vəsaitlə bir neçə günlük gedib seçki günü Vəfa üçün geri qayıdacaqdı? Bəlkə “pikap”da bütün günü küçə-küçə gəzən Vəfa əslində o Vəfa deyil? Bəlkə də göz bağlamaq və kasıb görünmək üçün “pikap”da gəzir?
Vəfa məncə Bəhruzun həbsinə çox üzülməsin. Yanında yetəri qədər ermənipərəst var. Neftçalanı ermənipərəst azərbaycanlıların yürüşünə çeviriblər 2 aydır…
Seçim isə neftçalalılarındır. Əminəm, neftçalalılar ağı qaradan seçməyi bacardığı kimi, Azərbaycan qadınının da ermənipərəstini əsl Azərbaycan qadınından ayırd edə bilir, biləcək…
İnterpress.az