Yol qəzaları və piyada ölümlərində artım: günahkar kimdir? – AÇIQLAMAbackend

Yol qəzaları və piyada ölümlərində artım: günahkar kimdir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Piyadaların 90 faizi yol keçərkən qaydalara əməl etmirlər”.

Bu sözləri yol qəzalarının artmasının səbəblərini açıqlayan nəqliyyat eksperti Aslan Əsədov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yol qəzalarının səbəblərindən biri yol nişanlarının düzgün yerləşdirilməməsi və təhlükəsizliklə bağlı qaydalara əməl olunmamasıdır:

“Əslində yol təhlükəsizliyində avtomobil, mühit və sürücü əsas elementlərdir. Bu elementlərdən biri və ya bir neçəsində nöqsan olarsa, yol qəzası qaçınılmazdır. Yol qəzalarına səbəb olan digər amillərə yağışlı hava, yolların işıqlandırılmaması, piyadaların məsuliyyətsiz davranışları, avtomobillərin nasaz olması və ya istismarına icazə verilməməsi, sürücünün yorğunluq dərəcəsi daxildir. Baş verən qəzalar analiz olunmalıdır. Halbuki hadisələrin səbəbləri düzgün şəkildə müəyyən edilmir. Piyada ölümlərinin qarşısını almaq üçün əsasən profilaktik tədbirlərdən istifadə edilə bilər. Yolun təhlükəsizliyinə mane olan nöqsanlar aradan qaldırılmalıdır. Xüsusilə də nişanlar və yol ötürücüləri düzgün yerdə təyin olunmalıdır.

Bakı, Sumqayıt, Abşeron, Xırdalan istiqamətlərində isə hərəkət intensivliyi çoxdur. İnsanlar axşam işdən sonra küçələrə axışırlar, şəhərdə gəzirlər və ya kimsə işdən daha gec saatda çıxır. Hər kəsin maşınının olmadığını nəzərə alsaq, piyadalar arasında yol şəraitindən səmərəli istifadə etməməklə bağlı problem var. Piyadaların 90 faizi yol keçərkən qaydalara əməl etmirlər və nəticədə qəzalar qaçılmaz olur”.