Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə çıxıblar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Afinada fəhlələr və tələbələr etiraz aksiyası təşkil ediblər.
Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırdığı 24 saatlıq tətili Mübarizə İşçiləri Cəbhəsi Həmkarlar İttifaqı (PAME) də dəstəkləyib.
İşçilərin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə təşkil edilən tətilin tarixi ötən il Larisa yaxınlığındakı Tempi bölgəsində baş verən və 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının ildönümü kimi seçilib.
Fəallar hökumətdən yaşayış minimumuna qarşı tədbirlər görməyi, maaşların artırılmasını və dövlət sektorunda kadrların sayını artırmağı tələb ediblər.
Digər tərəfdən, fəallar ötən il fevralın 28-də Tempidə baş verən qatar qəzasına aydınlıq gətirilməsini və günahkarların cəzalandırılmasını da tələb ediblər.
Bəzi nümayişçilər əllərində Fələstin bayraqları və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.