Yüzdən çox nadir növ ilanı şalvarında ölkəyə keçirməyə cəhd edən şəxs SAXLANILDI – VİDEObackend

Yüzdən çox nadir növ ilanı şalvarında ölkəyə keçirməyə cəhd edən şəxs SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin gömrüyü yüzdən çox nadir ilan növünü şalvarında ölkəyə keçirməyə cəhd edən şəxsi saxlayıb.

interpress.az xəbər verir ki, bu barədə ÇXR Baş Gömrük İdarəsi məlumat yayıb.

Futian keçid məntəqəsi vasitəsilə Çinə daxil olarkən sərnişin baqajın bəyan edilməsi nəzərdə tutulmayan yaşıl dəhlizlə gedib, lakin gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış zamanı kişinin şalvarının ciblərindən 104 canlı ilan olan lentlə möhürlənmiş altı kətan çanta aşkar edilib.

İndi o, “ÇXR-in bioloji təhlükəsizliyi haqqında” və “İdxal və ixracda baytarlıq və fitosanitar karantin nəzarəti haqqında” qanunları pozduğuna görə məsuliyyətə cəlb olunacaq”, – məlumtda bildirilir.

Xuraman Etibarlı

İnterpress.az