Zambiyada quraqlıq “milli fəlakət” elan edibbackend

Zambiyada quraqlıq “milli fəlakət” elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zambiya prezidenti Hakainde Hichilema ölkə daxilində yaşanan quraqlıq səbəbilə “milli fəlakət və fövqəladə vəziyyət” elan edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hiçilema paytaxt Lusakada xalqa müraciətində təxminən 1 milyon insana ziyan vuran quraqlıq səbəbilə “milli fəlakət və fövqəladə vəziyyət” elan edib.

Beynəlxalq tərəfdaşları humanitar yardıma çağıran Hiçilema, iqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkini enerji idxalı ilə ödəyəcəklərini bildirib.

Hichilema, 1 milyondan çox ev təsərrüfatının quraqlıqdan mənfi təsirlənəcəyinə işarə edərək, kredit şirkətlərindən Zambiyanın borclarını yenidən strukturlaşdırmalarını istəyib.

Ötən həftə ölkədə aclıq təhlükəsi səbəbindən qarğıdalı və qarğıdalı ununun ixracı qadağan edilib.

Xarici borclarını ödəyə bilmədiyi üçün defolta gedən Zambiyanın da Çin başda olmaqla bir çox kredit şirkətinə borcu var.