Zeynal Nağdəliyevin köməkçisindən Heydər Əliyevin 90 illiyində əkilmiş ağacların kəsilməsinə reaksiya: Rəsmi müraciət edinbackend

Zeynal Nağdəliyevin köməkçisindən Heydər Əliyevin 90 illiyində əkilmiş ağacların kəsilməsinə reaksiya: Rəsmi müraciət edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

İnterpress.az Sfera.az-a istinadən Xəbər verir ki, Bakının Nərimanov rayon ərazisindəki Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində yerləşən Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkdakı ağaclar qurudularaq yox edilir.

Belə ki, park dağıdılır, yerində isə obyektlər tikilir. Deməli, indiyə qədər görülən tədbirlərə baxmayaraq, hələ də bir sıra məmurlar tərəfindən şəhərdə salınan yaşıllıq məhv edilir.

Sfera.az məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin fikirlərini öyrənməyə çalışıb.

Quruma edilən zəngimizə cavab verən şöbə müdirinin adını açıqlamayan köməkçisi Z. Nağdəliyevin məşğul olduğunu deyərək, məsələ ilə bağlı yalnız rəsmi müraciət olunduqda cavab verə biləcəklərini dedi: “Rəsmi müraciət edin ki, məsələni də rəsmi şəkildə yerində araşdıraq”.

 

Cənab Prezident İlham Əliyev medianı dövlətin dostu olduğunu bəyan edərək qanunsuzluqla bağlı istənilən obyektiv jurnalist araşdırmasının həyəcan təbilinin çalınması üçün yetərli olduğunu bəyan etmişdir. Administrasiya nümayəndəsi isə ölkənin aparıcı 15 KİV strukturunun yaşıllığın məhv edilib yerində obyekt tikilməsi ilə bağlı xəbərini görünür yetərli hesab etmir.

 

Görəsən rəsmi müraciət deyəndə nə nəzərdə tutulur?

Araşdırmamız davam edir.

10:19

 

 

Bu gün paytaxt Bakıda yaşıllıq zolaqlarının məhv edilməsi özünün mənfi fəsadlarını göstərməkdədir. Məmur özbaşınalığı ilə müşahidə edilən bu arzuolunmaz tendensiyanın durdurulması yönündə atılan addımlara baxmayaraq belə hallarla tez-tez qarşılaşırıq.

 

Sfera.az-ın məlumatına görə, 2013-cü ildə salınmış və Ulu Öndər Heydər Əliyevin 90 illiyinə töhfə olaraq düşünülmüş park dağıdılır, yerində isə obyektlər tikilir.

 

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkdakı ağaclar qurudularaq yox edilir.

 

Xatırladaq ki, sözügedən parkın salınmasından ötən 7 il ərzində hər il 10 May – Heydər Əliyevin doğum günündə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri və sıravi üzvləri burada çoxsaylı şam ağacları əkib.

 

Parkda bu gün müşahidə edilənlər isə sadəcə olaraq təəssüf doğurur. Ərazidən çəkilmiş foto və videodan da göründüyü kimi Heydər Əliyevin 90 illiyinə həsr olunmuş parkın ağacları qurudulur və yerində gördüyümüz obyektlər tikilir.

 

Ərazidə olan əməkdaşımız ətrafda yaşayan sakinlərlə söhbətləşib. Onlardan bu ərazidə inşaat işlərini hansı şirkətin aparması haqda məlumat almaq isə mümkün olmayıb. Sakinlər bildirir ki, həmin şirkətin adı sirr kimi gizli saxlanılır.

 

Qeyd edək ki, araşdırmamız onu göstərdi ki, obyektlərin sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.

 

Həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsi mənfəət naminə yaşıllıqların məhv edilməsinin bağışlanmaz xəyanət olduğunu qeyd edib.

 

Görəsən bu xəyanətə bais olmuş rəsmi şəxslər buna nə cavab verəcək?

 

Mövzuya qayıdacağıq.