\”Qum futbolu mövsümü başladı. Mövsümün ilk qolunu da vurduq\”.
İnterpress.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Deputat istirahət üçün xarici ölkələrə gedənləri qınayıb: \”Allahın Azərbaycana verdiyi nemətlərin qədrini bilək. Gedib pullarını orada-burada xərcləyənlər anlasalar ki, sağlamlıq da, az məsrəflə istirahət də elə buradadır, ancaq özlərinə yaxşılıq etmiş olarlar\”.
\”İdmanı sevin, dənizi sevin, yenicə doğan gün işığından faydalanın, o zaman Azərbaycanı daha çox sevəcəksiniz\” – çimərlikdə futbol oynayan deputat Faizl Mustafa əlavə edib.
Səid Qərib
İnterpress.az