“Azərbaycanda sosial şəbəkələrə nəzarət olunmalıdır”backend

“Azərbaycanda sosial şəbəkələrə nəzarət olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirib.

Deputat deyib ki, Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti insanlarda sui-istifadəyə səbəb olmamalıdır:

“Hər kəs öz əməlinə məsuliyyətlə yanaşmalıdır. Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır. Azərbaycan hüquqi dövlətdir. Cənab prezident ölkədə demokratik şərait üçün bütün imkanları yaradırsa, sosial şəbəkələrdə insanlar öz fikirlərini azad deyə bilirsə, bu o demək deyil ki, bəzi adamlar bundan sui-istifadə edib dövlət əleyhinə terror və radikal çağırışlar etməlidir. Bunun üçün də mütləq sosial şəbəkələrə nəzarət olmalıdır. Mən bu fikrimi əvvəllər də demişəm. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələri nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, hər sahəyə nəzarət olmalıdır”.

R.Xəlilov əlavə edib ki, Azərbaycanda sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir.

İnterpress.az