Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir – Azərbaycan prezidentibackend

Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir – Azərbaycan prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Prezident İlham Əliyev iyulun 13-də Azərbaycan Prezidenti yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Lakin onların biri də baş tutmayıb:

\”Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə – nə xarici, nə daxili qüvvə sarsıda bilməz\”.

İnterpress.az