Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.
Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
İnterpress.az