Türkiyə hər zaman məzlumların yanındadır – Rəcəb Tayyib Ərdoğanbackend

Türkiyə hər zaman məzlumların yanındadır – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu dünya yəhudilərin bir dövlətidir demək, həm də dünya yəhudilərini təhlükəyə atmaqdır. Heç şübhəsiz ki, bölgəmizdə ən məzlum bölgə Fələstindir. Zülmə uğrayan hər qardaşımıza yardım edəcəyik. “Fərat qaxlanı” və “Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalı qardaşlarımız üçün təhlükəsiz bölgəyə çevirmişik”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

Ərdoğan qeyd ki, Türkiyə hər zaman məzlumların yanındadır və terrorçuluğa qarşı Türkiyənin mübarizəsi davam etdiriləcək: “Bizim üçün kimin dediyi deyil, ölkəmizin nəyə ehtiyacı olması əhəmiyyətlidir. Təhlükəsizlik qüvvələrimizin bir müddətdir sərhədlərimiz daxilində və ya onun xaricində həyata keçirdiyi əməliyyatlar bunun təsdiqidir. İndi Münbiçdə yeni bir mərhələyə başlayırıq. Sərhədlərimizdə bir terrorçu qalmayana və suriyalı qardaşlarımız evlərinə dönənədək bu əməliyyatlarımızı davam etdirəcəyik. Bu məsələdə kimsə bizə mane ola bilməz. Həqiqi dostlarımız yanımızda olanlardır. Türkiyəyə bu istiqamətdə yönələn hədələrə baxmayaraq, terrorçuların yanında olanları da unutmayacağıq”.

Türkiyə prezidenti bildirib ki, bölgədə baş verən hər bir haqsızlığın qarşısının alınması üçün Türkiyə hazır vəziyyətdədir: “ Öz torpaqlarını müdafiə etməkdən başqa heç bir günahı olmayan fələstinlilərin üzərinə döyüş təyyarələri göndərən İsrail terror dövlətidir. İsrail qoca, qadın, uşaq demədən atəş açır, qadınları yerlə sürüyür, insanların evlərini başlarına uçurdur. İsrail “Milli dövlət haqqında\” qanun qəbul etməklə ən irqçi dövlət olduğunu sübuta yetirib. Hitlerin ari irq ideologiyası ilə İsrail “bu torpaqlar İsrailindir” deməsi arasında heç bir fərq yoxdur. Hitlerin ruhu İsraili idarə edən bəzi siyasətçilər arasında yenidən xortlayıb”.

\”Bu gün susanlar sabah töküləcək qanın günahkarları olacaqlar. Türkiyə olaraq İsrailə qarşı çıxmağı, Fələstinə dəstək verməyə davam edəcəyik\” – deyə, R.T.Ərdoğan bütün dövlətləri İsrailə qarşı addımlar atmağa çağırıb.

İnterpress.az