Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın Baş naziri Novruz Məmmədovla görüşdükdən sonra rəsmi görüşləri davam etdirir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
İnterpress.azv xəbər verir ki, Azərbaycanda birgünlük səfərdə olan Türkiyə XİN başçısının Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə təkbətək görüşü başlayıb.
Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi və gücləndirilməsi, eləcə də regional məsələlər barədə müzakirələr aparacaqlar.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycana səfər edən Çavuşoğlunu hava limanında Azərbaycan hökumətinin rəsmi şəxsləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
Məlumat üçün bildirək ki, XİN rəhbərlərinin görüşündən sonra mətbuat konfransının baş ttacağı gözlənilir.
İnterpress.az