Zakir Həsənov Rusiyaya səfərə gedəcəkbackend

Zakir Həsənov Rusiyaya səfərə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə iyulun 27-də Moskva şəhərinə səfər edəcək.

Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları – 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.

İnterpress.az