İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:
\”Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır.
O ki qaldı Tiqran Balayanın dediyinə, onun, yəqin, bu məsələlərdən xəbəri yoxdur”.
İnterpress.az