İlin ən fəal diaspor sədri sorğusu ilə bağlı keçirilən bu tədbir olduqca əhəmiyyətlidir – Millət vəkilibackend

İlin ən fəal diaspor sədri sorğusu ilə bağlı keçirilən bu tədbir olduqca əhəmiyyətlidir – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”\”İlin ən fəal diaspor sədri\” sorğusunun qaliblərinin mükafatlandırma mərasimi olduqca əhəmiyyətli bir tədbirdir\”

İnterpress.az xəbər verir ki, bunu bu gün Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan \”Diaspor.az\” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən \”İlin ən fəal diaspor sədri\” sorğusunun qaliblərinin mükafatlandırma mərasimində çıxış edən millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə tədbirin olduqca əhəmiyyətli xarakter daşıdığını vurğulayıb: \”Bu gün bu tədbirin əhəmiyyəti olduqca böyükdür. Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənəsi bu gün də davam etdirilir. Bilirsiz ki, Azərbaycan bu gün idman sahəsində də dünyanın inkişaf etmiş ölkələri arasındadır. Eləcə də, bu gün Azərbaycanı xaricdə təmsil edən diaspor nümayəndələri də fəxr etməlidir. Hesab edirən ki, bu böyük bir şərəfdir. Mən deputat kimi xaricdə hər dəfə iştirak etdiyim tədbirlərdə diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlılarla görüşməyə can atmışam\”.

\”Düşünürəm ki, belə tədbirlər tez-tez keçirilməlidir. Qoy, azərbaycanlılar fikirlərini bir-biri ilə bölüşsünlər. Bizim heç bir şübhəmiz yoxdur ki, Azərbaycan da gündən-günə bundan da sonra inkişaf edəcək\” – deyə, deputat Aydın Mirzəzadə qeyd edib.

Qeyd edək ki, ümumilikdə isə, dünyanın 15-dən çox ölkəsindən diaspor nümayəndələri mərasimdə iştirak edir.

Xatırladaq ki, 2018-ci il iyunun 1-dən 30-a qədər davam edən “İlin ən fəal diaspor sədri” sorğusunun Avropa kateqoriyası üzrə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçilib. MDB kateqoriyası üzrə isə Ulyanovskidə Azərbaycan diasporunun sədri İslam Hüseynov \”İlin ən fəal diaspor sədri\” seçilib.

Səid Qərib
İnterpress.az