Diaspor təşkilatları fəaliyyətlərini bu istiqamətdə inkişaf etdirməlidir – Tənzilə Rüstəmxanlıbackend

Diaspor təşkilatları fəaliyyətlərini bu istiqamətdə inkişaf etdirməlidir – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarının böyük rolu var. Bunu hamımız bilirik. Dövlətin də bu sahədə proqramları mövcuddur. Azərbaycanın ən önəmli məsələlərindın biri də Qarabağ məsələsidir. Ona görə də diaspor təşkilatları fəaliyyətini bu istiqamətdə daha da artırmalıdırlar. Mən bilirəm ki, Azərbaycandan kənarda bu işin öhdəsindən gəlmək sadəcə vətənpərvərlik tələb edir\”.

İnterpress.az xəbər verir ki, bunu bu gün Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan \”Diaspor.az\” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən \”İlin ən fəal diaspor sədri\” sorğusunun qaliblərinin mükafatlandırma mərasimində çıxış edən ATEV sədri Tənzilə Rüstəmxanlı deyib.

O bildirib ki, bizim bir-birimizin əlindən tutmaqla birləşməyimiz ən vacib məsələlərdən biridir: \”Azərbaycanımızı və ümumiyyətlə, türk dünyasını güclənirə bilərik. Bu güclənmə bir-birimizin ayağın altını qazmaqla, tapdalamaqla əmələ gəlməyəcək. Biz ona görə də birləşməliyik. Birlik nümayiş etdirməliyik. Hesab edirəm ki, bu sorğu bir yarış deyil. Bu, bir dəstəkdir. Mən fürsətdən istifadə edib sorğuda iştirak edən bütün diaspor nümayəndələrini təbrik edirəm\”.

Qeyd edək ki, ümumilikdə isə, dünyanın 15-dən çox ölkəsindən diaspor nümayəndələri mərasimdə iştirak edir.

Xatırladaq ki, 2018-ci il iyunun 1-dən 30-a qədər davam edən “İlin ən fəal diaspor sədri” sorğusunun Avropa kateqoriyası üzrə Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov “İlin ən fəal diaspor sədri” seçilib. MDB kateqoriyası üzrə isə Ulyanovskidə Azərbaycan diasporunun sədri İslam Hüseynov \”İlin ən fəal diaspor sədri\” seçilib.

İnterpress.az