İnterpress.az həmin adətlərdən bəzilərini təqdim edir.
Çilidə gecə yarısı bir qaşıq mərci yemək adəti var. İnanca görə bu növbəti ildə pul və bərəkət deməkdir.
Yeni Zellandiyada yeni ili küçələrdə tava-qazanları döyəcləməklə qeyd edirlər. İspaniyada gecə yarısı zəng çalınarkən hər zəng səsinə uyğun bir üzüm giləsi yeyilir.
Braziliyalılar 7 dalğa üzərindən atılmaqla yeni ili qeyd edirlər.
İngilislər nifrət etmələrinə baxmayaraq Jools Hollandın \”Hootenanny\”sini izləyirlər. Kolumbiyada yeni ildə bir neçə dəqiqə olsa da küçədə boş çanta ilə dolaşırlar.
Bu, yeni ildə səyahətin çox olacağına işarədir.
Braziliyadakı başqa bir adətə görə pis ruhları uzaqlaşdırmaq üçün yeni ildə ağ rəngdə paltar geyinirlər.
Argentinada yeni il günü qırmızı rəngdə alt paltarı geyinməklə yeni sevgili tapacaqlarına ümid edirlər.
Yaponiyada il hansı heyvanın adı ilə bağlı olarsa həmin heyvanın maskası taxılır.
Danimrkada tam gecə yarısı stulların üstünə çıxıb yerə tullanırlar. Bunun şans gətirdiyinə, pis puhları köhnə ildə qoyduğuna inanarlar.
İnterpress.az