İnterpress.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas 20 beynəlxalq müqaviləyə tərəf olmaq üçün imza atıb. Onların arasında Beynəlxalq Cəza Məhkəməsi də var.
Mahmud Abbas Ramallahdakı Fələstin İdarə Mərkəzində təşkil olunan mətbuat konfransında bildirib ki, sülh müzakirələri və işğalın sonlandırılması, 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini qurma haqqlarını tələb ediblər.
Ərəb ölkələrinin təşəbbüsüylə İsrail işğalının dayandırılması üçün BMT Təhlükəsizlik Şurasına layihə təqdim etdiklərini deyən M.Abbas bunun qəbul edilməsinə də 9 lehinə səsi gözlədiklərini ancaq son anda bir ölkə bitərəf qaldığını söyləyib.
Fələstin prezidenti bölgədə münaqişənin başa çatmasının İsraillə Fələstin arasındakı böhranın həll olunmasına bağlı olduğunu vurğulayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik şurasında keçirilən səsvermədə ABŞ və Avstraliya layihənin əleyhinə, İngiltərə, Litva, Nigeriya, Cənubi Koreya və Ruanda bitərəf, Fransa, İordaniya, Çili, Argentina, Çad, Lüksemburq, Çin və Rusiya lehinə səs vermişdi. Ancaq layihənin qəbulu üçün 9 səs çatmatıb.
İnterpress.az