“28 Mall”da yanğın baş verib – FOTO/YENİLƏNDİ+VİDEObackend

“28 Mall”da yanğın baş verib – FOTO/YENİLƏNDİ+VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

****

Yanğın binanın 4-cü mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 7-8 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub.

Ticarət mərkəzinin yanğın baş verən mərtəbəsində olan şəxslər təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək (apa).

İnterpress.az