MN: “Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”backend

MN: “Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan “diversantı” görünür.

“Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”, – deyə MN-in məlumatına bildirilir.

İnterpress.az