1493 — Xristofor Kolumb gəmi karvanı ilə ilk dəfə Amerikadan Avropaya səfər edir.
1494 — Tsetində (Çernoqoriya) ilk dəfə cənubi slavyan dövlətlərində kiril qrafikalı əlifba ilə kitab – pravoslav kilsə mahnıları çap edilir.
1643 — ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu, teoloqu İsaak Nyuton anadan olub. (vəf.ed. 1727).
1804 — Gəncə xanı, Azərbaycanın görkəmli sərkərdəsi Cavad xan vəfat edib.
1884 — İngiltərədə Fabi cəmiyyəti yaradılıb.
1920 — Aleksandr Kolçak \”Rusiyanın Ali Hökmdarı\” titulundan və \”Ali Baş Komandan\” rütbəsindən məhrum edilir.
1923 — «Pravda» qəzetində Vladimir Lenininin \”Gündəlikdən səhifələr\” adl yazısı çap edilir. Orada o savadsızlıqla mübarizəni gücləndirməyə çağırır.
1932 — Azərbaycanlı yazıçı, publisist Cəlil Məmmədquluzadə vəfat edib.
1943 — Amerika jurnalı «Taym» İosif Stalini 1942-ci ilin İlin adamı elan edir.
1948 — Birmanın müstəqilliyi elan edilir.
1955 — Sov.İKP MK «V.İ.Leninin xatirəsi haqqında» qərar qəbul edilir. Orada qeyd edilir ki, «məqsədə uyğundur ki, V.İ.Leninin xatirə günü onun vəfat günündə deyil, ad günündə – 22 apreldə qeid edilsin ki, nisgil və kədər yığılmasın».
1959 — SSRİ-nin \”Luna-1\” aparatı Ay ətrafına çatan ilk kosmik aparat olur.
1969 — İspaniya və Mərakeş arasında çoxillik danışıqlardan sonra İfni əyaləti Mərakeşə qaytarılır.
1970 — «Bitlz qrupu» Let It Be mahnısının yazılışı ilə axırıncı dəfə birgə çıxış edirlər.
1985 — London klinikalarının birində Kotton soyadlı qadının surroqat qızı olur.
1998 — azərbaycanlı tarixçi, şərqşünas Yusif Yusifov vəfat edib.
2000 — Azərbaycan aktrisası, xalq artisti Sofa Bəsirzadə vəfat edib.
2004 — Mixail Saakaşvili Gürcüstannın prezidenti seçilir.
2010 — Birləşmiş Ərəb Əmirliklərində inşa edilən və dünyanın ən böyük göydələni sayılan Bürc Xəlifənin rəsmi açılışı olmuşdur.
İnterpress.az