Səfər Əbiyevin Çexiya vətəndaşlığı ilə bağlı açıqlamabackend

Səfər Əbiyevin Çexiya vətəndaşlığı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az açıqlamanı təqdim edir.

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Çexiya vətəndaşlıgını alması haqqında məlumatla tanış oldum. Çexiya qanunvericiliyi vətəndaşlıq istəyən şəxsdən 5 il həmin ölkədə qanuni əsaslarla yaşamaq tələb edir.

Eyni zamanda Çexiya qanunvericiliyi aşagıdakı şərtləri tələb edir:
• məhkum olunmamaq;
• Çex dilini B 1 səviyyəsində bilmək;
• Çexiyanın müasir həyatıni bilmək haqaqında testdən kecmək (tarix, cografiya, ictimai biliklər);
• Çexiyanın hər hansı bir təşkilatına borclu olmamaq;
• maliyyə baxımından tam müstəqil olmaq və bunu sübut etmək;
• Çexiya cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaq.

Çexiya qanunvericiliyi bəzi şəxslərə vətəndaşlığın müstəsa hallarda sadələşdirilmiş qaydada verilməsini də nəzərdə tutub. Müstəsna hallarda vətəndaşlıq elm, incəsənət, idman, və ya digər sahələrdə ciddi ugurlara imza atmış və xidmətləri olan şəxslərə verilə bilər. Səfər Əbiyevin ola bilsin hansısa sahədə Cexiya dövləti qarşısında \’xidmətləri\’ olub və bu içtimayyətə bəlli deyil.

Eyni zamanda onun xanımının Çexiya vətəndaşı olmasını bildirənlər də vardır. Bu hal da onun sadələşdirilmiş qaydada və bu müddətdə vətəndaşlıq almasına imkan vermir. Çünki, Azərbaycan Qanunvericiliyinin tələbləri baxımından S.Əbiyevin ölkədən xaricə daimi yaşamaga getməsinə icazənin verilməsi qanuna uygun deyil. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.5 maddəsinə görə Dövlət Sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldıgı məlumatın məxfilik müddəti bitənədək şəxsin xarici ölkəyə daimi yaşamaga getməsi məhdudıaşdırıla bilər. Məcəllənin bu norması Səfər Əbiyevə tətbiq olunmalı və onun nazir vəzifəsindən azad olunan kimi ölkədən daimi yaşamaq ücün xaricə gedişinə icazə verilməli deyildi. Umumiyyətlə fikrimcə dövlət sirrinə malik şəxslərin ölkədən çıxışana nəzarət gücləndirilməlidir. Nədənsə Azərbaycanda dövlət sirrinə malik olanların əvəzinə sadə insanların ölkəni tərk etməsinə qanunsuz məhdudiyyətlər qoyulmaqda davam edir.

İnterpress.az