1997-ci il avqustun 2-dək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir.