11 yaşlı qız məktəbdə qaçışdan sonra ÖLDÜbackend

11 yaşlı qız məktəbdə qaçışdan sonra ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 yaşlı qız məktəb qaçışından sonra dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə Malayziya mediası məlumat yayıb.

Malayziyada 11 yaşlı Nur adlı qız məktəbdə keçirilən 80 metrlik qaçışdan sonra dünyasını dəyişib.

Bildirilir ki, uşağın anadangəlmə ürək xəstəliyinin olması barədə tibbi rəy mövcud olub. Buna baxmayaraq, müəllim onu qaçış yarışına göndərib.

Qaçışdan sonra qızın vəziyyəti pisləşib və daha sonra xəstəxanaya yerləşdirilib. Həkimlər uşağa dekompensasiya olunmuş dilatasion kardiomiopatiya fonunda ürək çatışmazlığı diaqnozu qoyublar.

Qız dörd ay yataq rejimində, oksigen dəstəyi ilə müalicə olunub. Bu müddətdən sonra onun ürəyi dayanıb və uşaq həyatını itirib.

Xuraman Etibarlı

İnterpress.az